2024-cü ilin ilk 6 ayında Azərbaycanın ehtiyat fondlarından 57,7 milyon manat vəsait xərclənib. Bu barədə Maliyyə Nazirliyi məumat verib.
Belə ki, bu ilin ilk 6 ayında Prezidentinin ehtiyat fondundan ayrılan 27,2 milyon manat vəsaitin 25,2 milyon manatı müvafiq qurumların sifariş sənədlərinin maliyyələşməsinə xərclənib.
Həmin vəsait Sumqayıti ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə və s tədbirlərin icrasına sərf olunub.
Bundan başqa, Nazirlər Kabinetinin sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan ayrılan 30,5 milyon manatın 11,4 milyon manatı2025-ci ildə Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycanın təmsil olunması ilə bağlı milli pavilyonun qurulmasna, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin Ağdam rayonunun Quzanlı qəsəbəsində mina əleyhinə xüsusi təyinatlı alayının tikintisinə, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi İlə təmin olunmasına və s tədbirlərin icrasına xərclənib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !