2023-cü ilin yanvar-noyabrında Azərbaycan 3 923 216,05 min kVt-saat elektrik enerjisi ixrac edib, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 4,7 dəfə çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
Hesabat dövründə ixrac edilən elektrik enerjisinin dəyəri 379 300,09 min ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 5,8 dəfə çoxdur.
Məlumata görə, hesabat dövründə elektrik enerjisinin ümumi qeyri-neft sektoru üzrə ixracda payı 12,5% təşkil edib.
2023-cü ilin 11 ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq 26 487,5 mln kVt·st olub. Bu barədə Energetika Nazirliyinin hesabatında bildirilib.
Cari ilin yanvar -noyabrında elektrik enerjisinin istehsalı keçən ilin yanvar-noyabrına nisbətən İES-lərdə 120,2 mln. kVt·st (0,9 faiz) artaraq 24 525,1 mln. kVt·st, SES-lərdə 103,7 mln. kVt·st (6,8 faiz) artaraq 1636,5 mln. kVt·st təşkil edib.
Cari ilin yanvar -noyabrında elektrik enerjisinin istehsalı keçən ilin yanvar-noyabrına nisbətən İES-lərdə 120,2 mln. kVt·st (0,9 faiz) artaraq 24 525,1 mln. kVt·st, SES-lərdə 103,7 mln. kVt·st (6,8 faiz) artaraq 1636,5 mln. kVt·st təşkil edib.
Bu ilin 11 ayında su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 962,4 mln. kVt·st elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin göstəricisini 107 mln. kVt·st və ya 5,8 faiz üstələyir.
2022-ci ilin yekunlarına görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28,988 milyard kilovat-saata çatıb. Ötən il Azərbaycan 3 milyard kilovat-saatdan çox elektrik enerjisi ixrac edib, 137,1 milyon kilovat-saatdan çox elektrik enerjisi idxal edib.
Ötən ilin hesabatında Azərbaycanın istilik elektrik stansiyaları (İES) 27 milyard kilovat-saatdan çox, su elektrik stansiyaları (SES) 1,5 milyard kilovat-saat, külək elektrik stansiyaları (KES) 83,3 milyon kilovat-saat, günəş elektrik stansiyaları (GES) 60,9 milyon kilovat-saat, bərk məişət tullantılarının emalı zavodunun İES-ləri 205,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !