Azərbaycanın emissiyalarının 15% nəqliyyatın payına düşür

12:54 | 23.10.2024
Azərbaycanın emissiyalarının 15% nəqliyyatın payına düşür

Azərbaycanın emissiyalarının 15% nəqliyyatın payına düşür

2022-ci ildə Azərbaycanda ümumi emissiyaların  həcmi 61 milyon ton təşkil edib. Nəqliyyatın cəmi emissiyalarda payı 15% təşkil edir. Bunun da 92% avtomobil, 5% hava , 2% - dəniz, 1% dəmir yolunun payına düşür.  Bunu Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov "Gələcək üçün dayanıqlı nəqliyyat" konfransında çıxışı zamanı bildirib. 
 
Onun sözlərinə görə, emissiyalar 7 sektor arasında bölünüb. Bura energetika, neft-qaz sektoru, məişət sektoru, nəqliyyat ,  sənaye , kənd təsərrüüfatı və tullantı sektoru daxildir. 
 
Sultanov həmçinin bildirib ki, hazırda dünyada dayanıqlılığı təmin etmək üçün inkişaf edən ölkələr  ilyardlarla dollar vəsait ayırsa da iqlim dəyişikliklərinin qarşısını almaq üçün trilyonlarla dollar vəsait tələb olur. 
 
"İnkişf etməkdə olan ölkə kimi biz inkişaf edən ölkələrdən  iqlim dəyişikliyinin qarşısını almaq üçün tələb olunan layihələr üçün vəsait tələb edə bilərik. Onlar illərdir təbiəti çirkləndirib və inkişaf edib. Biz inkişaf etməmişik və təbiəti də uyğun olaraq daha az çirkləndirmişik. Odur ki, zəhmət  çəkib bizi monetarlaşdırmalıdırlar",  -  Soltanov deib. 
 
 Onun sözlərinə görə, dünyada iki sektorun dayanıqlılığı təmin etmək imkanı var. Bunlar energetika və nəqliyyat sektorlarıdır. 
 
NDC sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istixana effektli qaz tullantılarının səviyyəsində 35 % azalmanın saxlanılmasını hədəf kimi götürülüb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM