Urmiya gölünün 95%-i quruyub.
Axar.az xəbər verir ki, bunu İranın İCANA agentliyinə müsahibəsində İran parlamentinin azərbaycanlı deputatı Hadi Bahaduri söyləyib. Onun sözlərinə görə, gələn il bu gölün xilası üçün 3 milyard dollar xərclənəcək. O, xarici investorların İrandakı ekoloji layihələrə böyük maraq göstərdiyini və hökumətin də bu şansdan istifadə etmək niyyətində olduğunu bildirib:
"Gölü canlandırmağın ən yaxşı yolu regionun kənd təsərüffatı sistemini dəyişdirməkdir. Ciddi dəyişikliklər məhsul yığımı sistemində edilməlidir. Digər tərəfdən, ictimaiyyət üçün alternativ gəlir mənbələri təqdim edilməlidir”.
Qeyd edək ki, Urmiya gölü artıq bir neçə ildir qurumaqdadır. Gölün ərazisi xeyli azalıb, sahilindəki limanlar quraqlıq səbəbi ilə yox olub.
İran hökuməti bu nəhəng su hövzəsinin bərpası üçün verdiyi vədlərin demək olar ki, heç birinə əməl etmir. Gölün quruması və hökumətin bununla bağlı heç bir şey göstərməməsi azərbaycanlıların kəskin etirazlarına səbəb olur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !