Azərbaycanın ən böyük marketlərindən birinə inzibati protokol tərtib edilib

10:27 | 07.07.2020
Azərbaycanın ən böyük marketlərindən birinə inzibati protokol tərtib edilib

Azərbaycanın ən böyük marketlərindən birinə inzibati protokol tərtib edilib

Dövlət Gömrük Komitəsi "Araz Supermarket” MMC barədə inzibati protokol tərtib edib.

Anews.az "Report”-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Araz Supermarket” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM