Natiq Əliyevin ürək fəaliyyəti 3 dəqiqəlik dayandırılıb

16:27 | 05.06.2017
Natiq Əliyevin ürək fəaliyyəti 3 dəqiqəlik dayandırılıb

Natiq Əliyevin ürək fəaliyyəti 3 dəqiqəlik dayandırılıb

Natiq Əliyevin ürək fəaliyyəti 3 dəqiqəlik dayandırılıb.

Səhhətində yaranan ciddi problemlərə görə Türkiyəyə aparılan Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbuldakı "Amerikan Xəstəxanası”na yerləşdirilib.

Anews.az Report-a istinadən xəbər verir ki, Türkiyə həkimləri nazirin vəziyyətini sabit kimi qiymətləndiriblər.

Bildirilib ki, N.Əliyevin müalicəsi intensiv formada davam etdirilir.

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olmuşdu. Energetika naziri xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş, ürəyinə stentlər qoyulmuşdu.

Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılmışdı. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin Türkiyəyə aparılması və müalicənin oradakı xəstəxanalardan birində davam etdirilməsinə qərar verilmişdi. Nazir ötən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti