Azərbaycanın fındıq satışından gəlirləri artıb

12:51 | 19.12.2023
Azərbaycanın fındıq satışından gəlirləri artıb

Azərbaycanın fındıq satışından gəlirləri artıb

2023-cü ilin yanvar-noyabrında Azərbaycandan 111 milyon 528 min dollar dəyərində 21 min 383 ton meşə fındığı ixrac edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
 
Hesabata əsasən, ixrac göstərciləri məbləğ ifadəsi ilə 10 milyon 43 min dollar (14,4%), miqdar ifadəsi ilə 2 391  ton (12,6%) artıb.

2022-cü ilin on bir ayında xaricə 97 milyon 485 min ABŞ dolları dəyərində 18 min 991 ton meşə fındığı ixrac edilib.

Cari ilin yanvar-noyabrında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0.35%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3,68%-ə bərabər olub.
 
2023-cü ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan 25,395 milyon avro dəyərində 4,773 min ton qabığı təmizlənmiş meşə fındığı  idxal edib.
 
Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 58,103 milyon avroya (artım 44,5%) 10,061 min ton 2021-ci illə müqayisədə 42,7% artım fındıq idxal edib.

İxrac edilən qabığı soyulmuş fındığın dəyəri 58 milyon 767,17 min dollar (artım 5,7%) qiymətləndirilir.
 
Azərbaycan dünyada ən böyük fındıq istehsalçısı və ixracatçılarından biridir.
 
Aytac Zeynalova

 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM