Veysəloğlu Şirkətlər Qrupunun sponsor olduğu 16 yaşlı şahmatçı Aydın Süleymanlı Beynəxalq Şahmat Federasiyası (FIDE) tərəfindən qrossmeyster kimi təsdiq edilib.
İstedadlı şahmatçımız növbəti uğuru ilə Azərbaycanın 27-ci qrossmeysteri olub.
Qeyd edək ki, Aydın Süleymanlı Avropa və Dünya çempionatlarında, yeniyetmələr arasında keçirilən şahmat olimpiadalarında dəfələrlə qızıl medal qazanıb. Yeniyetmə şahmatçımız Rusiyada keçirilən "Aeroflot Open” turnirinin qalibi olaraq 1-ci yerə layiq görülüb, "İlin ən yaxşı gənc şahmatçısı” seçilib. Həmçinin Hindistanda 14 yaşadək şahmatçılar arasında keçirilən oyunda dünya çempionu olub, beynəlxalq dərəcəli şahmatçı normasını 4 dəfə yerinə yetirib.
Veysəloğlu Şirkətlər Qrupu on ildən artıqdır ki, korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq yüksək intellekt tələb edən şahmat idman növündə gənc idmançıların karyerasına dəstəyini davam etdirir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !