2023-cü ildə Azərbaycan Hesablama Palatasının saxlanması üçün xərclər 8 milyon 675,505 min manat təşkil edib.
2023-cü il üçün Hesablama Palatasının saxlanması ilə bağlı xərclər smetası 10 milyon 625,965 min manat səviyyəsində təsdiq edilib. Daha sonra Palatanın büdcəsinə yenidən baxılaraq 2,1 milyon manat azaldılaraq 8 milyon 675,505 min manat məbləğində təsdiq edilib. Belə ki, 2023-cü ildə vəsaitlərin mənimsənilmə səviyyəsi 100% olub.
2023-cü ildə əsas vəsaitin məbləği Hesablama Palatasının ştatında çalışan işçilərin əməkhaqlarının ödənilməsinə yönəldilib: 7 milyon 661,908 min manat və ya Palatanın il üzrə bütün xərclərinin 88,3 faizi.
Bundan əlavə, hesabat dövründə məcburi sosial sığorta üzrə ayırmalar 1 milyon 352,782 min manat, əməkhaqqının ödənilməsi ilə bağlı digər nağd ödənişlər üzrə xərclər 640,631 min manat, ölkədaxili ezamiyyət xərcləri 69,094 min manat təşkil edib.
Qalan xərclər başqa məqsədlər üçün istifadə olunub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !