Azərbaycanın iki idmançısı dünya reytinqinə başçılıq edir

19:54 | 04.12.2018
Azərbaycanın iki idmançısı dünya reytinqinə başçılıq edir

Azərbaycanın iki idmançısı dünya reytinqinə başçılıq edir

Bunlar qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (-50 kq) və yunan-Roma güləşi üzrə millimizin gənc üzvü İslam Abbasovdur (-87 kq). Stadnikin 111, Abbasovun isə 89 xalı var


Dünya Güləş Birliyi (UWW) reytinq siyahısını yeniləyib. 
 
İnterAz xəbər verir ki, dünya və Avropa çempionatları, Qran-Pri turnirləri və başqa reytinq xalı verən yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan siyahıda iki güləşçimiz liderlik edir.
 
Bunlar qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (-50 kq) və yunan-Roma güləşi üzrə millimizin gənc üzvü İslam Abbasovdur (-87 kq). Stadnikin 111, Abbasovun isə 89 xalı var.
 
Cəbrayıl Həsənov (-79 kq), Eldəniz Əzizli (-55 kq) və Rəsul Çunayev (-72 kq) II pillədə qərarlaşıb. Hər çəki üzrə ilk "onluq”da ümumilikdə 16, ilk "iyirmilik”də isə 29 güləşçimiz yer alıb.
 
Üçqat dünya çempionumuz Hacı Əliyev (-65 kq) VIII və Olimpiya çempionumuz Şərif Şərifov (-92 kq) IX sırada qərarlaşıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM