• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycanın ilk şəhidinin məzarı tapılıb

Azərbaycanın ilk şəhidinin məzarı tapılıb
01.04.2024 20:47
Azərbaycanın ilk iki şəhidindən biri Əli Hacıyevin məzarı tapılıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə iddia sosial şəbəkələrdə yayılıb.

Tapılan həmin məzar daşının üzərində "Qarabağ hadisələrində həlak olmuşdur” sözləri yazılıb.

Əli Hacıyev və Bəxtiyar Quliyev 1988-ci ildə Əsgəranda Ermənistanın məkrli planlarına qarşı etiraz edərkən şəhid olublar. Həmin ildə Ermənistanın Azərbaycana qarşı torpaq iddiası başlayıb.

Fevralın 21-də Azərbaycanın yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilib. 

Belə bir məqamda Qarabağ əhalisi erməni məkrini dayandırmaq üçün səfərbər olub. Minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşıb. Fevralın 22-i səhər saatlarında silahsız azərbaycanlılar Əsgərana doğru hərəkət ediblər. Mitinqçilər sırasında olan Əli ilə Bəxtiyar da haqsızlığa qarşı həmin mübarizədə həlak olan ilk Qarabağ şəhidləridir.

Şəhidlərin yaxınları onların Qarağacı qəbiristanlığında dəfn edildiklərini bildirsələr də, illərdir qəbirləri tapılmırdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tərtərdə məktəb binası yanıb
Cəmiyyət 22:58
Tərtərdə məktəb binası yanıb
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol