İrandakı Azərbaycan səfirliyinə
hücum edən şəxs həbs edilib. Bu barədə Tehran polisinin komandiri general Hüseyn Rəhimi iran mətbuatına bildirib.
Onun sözlərinə həbs edilən şəxs cümə günü səhər saatlarında odlu silahla səfirlik binasına daxil olub və hadisə yerinə atəş açıb.
General Rəhimi bildirib ki, hücum edən şəxs iki uşağı ilə birlikdə səfirliyə daxil olub.
Polis rəisi əlavə edib ki, ilkin sorğu-sual zamanı hücum edən şəxs atışmanın motivi kimi "şəxsi və ailə problemlərini” göstərib.

Yanvarın 27-də Xarici İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, İrandakı Azərbaycan səfirliyinə hücum olub. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi həyatını itirib, iki nəfər isə yaralanıb.
Hazırda hadisə ilə bağlı araşdırma gedir. XİN bildirib ki, təfərrüatlar barəsində açıqlama veriləcək.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !