Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki seçki məntəqəsi yaradılıb

18:17 | 29.01.2024
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki seçki məntəqəsi yaradılıb

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki seçki məntəqəsi yaradılıb

Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki məntəqə yaradılıb.

Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.
 
Seçki ilə əlaqədər İstanbulda 53 və 54 saylı seçki məntəqələri təşkil olunub.

Məlumata görə, vətəndaşlar seçki məntəqələrində fevralın 7-si saat 08:00-dan 19:00-dək səs verə bilərlər.

Səsvermə zamanı Azərbaycan vətəndaşları ümumvətəndaş pasportu olmadığı təqdirdə, şəxsiyyət vəsiqəsi təqdim edilməlidirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM