Bu barədə "Xəzər" TV-də yayımlanan "Səni axtarıram" proqramında məlumat verilib. Çəkiliş qrupu sözügedən dispanserə gedərək, Miroslava İsgəndərova ilə müsahibə gerçəkləşdirib.
Onun nitqində problem olması süjetdə nümayiş etdirilib. O, müsahibə zamanı oğlunun və qızının olduğunu, Bakı üçün darıxdığını söyləyib.
76 yaşlı M.İsgəndərova bir müddət öncə kürəkəni və qızı ilə Belarusun Viteks şəhərinə köçüb. Qızı həbs olunub, kürəkəni isə onu tək qoyub, ölkədən çıxıb. Sonra isə qonşuları tərəfindən psixoloji dispanserə yerləşdirilib.
Oğlu Eldar anasının başına gələnlərdən verilişdən sonra xəbər tutub. O, anasının Bakıya gətirilməsi üçün hazırlıq gördüyünü deyib.
Qeyd edək ki, M. İsgəndərova "Azərbaycanfilm" kinostudiyasında Animasiya şöbəsinin müdiri, həyat yoldaşı isə kinostudiyanın baş mühəndisi vəzifəsində çalışıb.
axşam.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !