Azərbaycanın kişi şahmat millisi Olimpiadanı qələbə ilə başa vurub

20:30 | 09.08.2022
Azərbaycanın kişi şahmat millisi Olimpiadanı qələbə ilə başa vurub

Azərbaycanın kişi şahmat millisi Olimpiadanı qələbə ilə başa vurub

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirib.

Yığma XI turda Serbiya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib – 2,5:1,5.

Beləliklə, milli yarışı 16 xalla 7-ci sırada bitirib. Özbəkistan isə Olimpiadanın qalibi olub.

XI tur

Azərbaycan – Serbiya 2,5:1,5

Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç - 1:0

Rauf Məmmədov – Velimir İviç - 0,5:0,5

Qədir Hüseynov – Robert Markus - 0,5:0,5

Vasif Durarbəyli – İvan İvanişeviç - 0,5:0,5

Qadınlardan ibarət komanda Gürcüstan seçməsi ilə qarşılaşır. Hazırda hesab bərabərdir – 1:1.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti