Azərbaycanın kredit portfeli 10 milyard manat artıb - KOBİA

10:26 | 23.10.2024
Azərbaycanın kredit portfeli 10 milyard manat artıb - KOBİA

Azərbaycanın kredit portfeli 10 milyard manat artıb - KOBİA

Son iki il yarım ərzində Azərbaycanda kredit portfeli 10 milyard manat artıb. Bunu  İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. 
 
O bildirib ki, hesabat dövründə  ipoteka kreditləri 66%, istehlak kreditləri 77% artdığı halda, biznes kreditləri 44% artıb.
 
Ümumilikdə isə kredit portfelinin 77%-i Bakıya aid olub.  
 
Sərd vurğulayıb ki, son 2 ilə yaxın müddətdə mikro sahibkarlara kredit verilməsi də 33% artıb. Hesabat dövründə orta sahibkarlara verilən kreditlər isə 27%, kiçik sahibkara verilən kredit isə 12% azalıb. 
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM