Azərbaycanın Latviyaya yatırdığı investisiyanın həcmi 166 milyon ABŞ dolları təşkil edib. Bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Nazir müavini bildirib ki, 1995-ci ildən 2023-cü ilə qədər Latviyanın Azərbaycana investisiyanın həcmi 166 milyon ABŞ dolları təşkil edib.
"2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 65 milyon ABŞ dolları təşkil edib, Azərbaycanın Latviyaya ixracı 64 % artaraq 45 milyon ABŞ dollarına çatıb",- nazir müavini Azərbaycan-Latviya biznes forumunda deyib.
Cari ilin yanvar-fevralında ticarət dövriyyəsi 6 milyon ABŞ dolları təşkil edib ki, bunun da 4 milyon ABŞ dolları idxalın, 2 milyon ABŞ dolları isə ixracın hesabına təmin edilib.
İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin yanvarın 11-də qurulub.
Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlayıb. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlyıb.
2009-cu ilin avqustunda Bakıda Azərbaycan-Latviya biznes forumu keçirilib
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !