Azərbaycanın Latviyaya yatırdığı investisiyanın həcmi açıqlanıb

12:00 | 13.05.2024
Azərbaycanın Latviyaya yatırdığı investisiyanın həcmi açıqlanıb

Azərbaycanın Latviyaya yatırdığı investisiyanın həcmi açıqlanıb

Azərbaycanın Latviyaya yatırdığı investisiyanın həcmi 166 milyon ABŞ dolları təşkil edib. Bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
 
Nazir müavini bildirib ki, 1995-ci ildən 2023-cü ilə qədər Latviyanın Azərbaycana investisiyanın həcmi 166 milyon ABŞ dolları təşkil edib.

"2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 65 milyon ABŞ dolları təşkil edib, Azərbaycanın Latviyaya ixracı 64 % artaraq 45 milyon ABŞ dollarına çatıb",- nazir müavini Azərbaycan-Latviya biznes forumunda deyib.

Cari ilin yanvar-fevralında ticarət dövriyyəsi 6 milyon ABŞ dolları təşkil edib ki, bunun da 4 milyon ABŞ dolları idxalın, 2 milyon ABŞ dolları isə ixracın hesabına təmin edilib.
 
İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin yanvarın 11-də qurulub.

Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlayıb. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlyıb.

2009-cu ilin avqustunda Bakıda Azərbaycan-Latviya biznes forumu keçirilib
 
Aytac 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM