Cari ilin yanvar-oktybar ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsaitlərin 0,1%-i və ya 19,3 mln. manatı maliyyə və sığorta fəaliyyətinə aid olub.
Bu sahəyə investisiyalarda ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% azalma qeydə alınıb.
Qeyd edək ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 53%-i və ya 6,9 mlrd. manatı sənaye, o cümlədən 45,5%-i və ya 5,96 mlrd. manatı mədənçıxarma, 2,9%-i və ya 377,6 mln. manatı emal, 3,4%-i və ya 443 mln. manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,2%-i və ya 158,2 mln. manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinin payına düşüb. Vəsaitlərin 12,7%-i və ya 1,657 mlrd. manatı tikinti, 13%-i və ya 1,7 mlrd. manatı nəqliyyat və anbar təsərrüfatı ilə bağlı olub.
Hesabat dövründə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13,087 mlrd. manat vəsait yönəldilib, onun 8,076 mlrd. manatı və ya 61,7%-i məhsul istehsalı obyektləri, 4,151 mlrd. manatı və ya 31,7%-i xidmət sahələri üzrə obyektlərin, 860,1 mln. manatı isə ümumi sahəsi 1,491 mln. kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Ümumi sərmayənin 32,9%-i dövlət, 67,1%-i qeyridövlət sektorunun sərmayədarlarının payına düşüb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !