• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın maliyyə sisteminin dərinliyi ÜDM-in təxminən 52%-ni təşkil edib

Azərbaycanın maliyyə sisteminin dərinliyi  ÜDM-in təxminən 52%-ni təşkil edib
28.03.2024 19:09
Azərbaycanın maliyyə sisteminin dərinliyi 2023-cü ilin sonunda 63,6 milyard manat və ya ölkənin ÜDM-in 51,7%-ni təşkil edib.

2022-ci ilin sonuna Azərbaycanın maliyyə sisteminin dərinliyi 61,6 milyard manat və ya ÜDM-in 46 faizini təşkil edib.

Belə ki, 2023-cü ildə Azərbaycanın maliyyə sisteminin aktivləri 3,2% artıb.

"2023-cü ilin sonuna Azərbaycanın maliyyə sisteminin aktivləri 63,6 milyard manat və ya ÜDM-in 51,7%-i (qeyri-neft ÜDM-in 81,9%-i) səviyyəsində qiymətləndirilir. Eyni zamanda, maliyyə sisteminin aktivlərinin 77,3%-i bankların payına düşür (2022-ci ilin sonuna 76,4%)”, - hökumət qeyd edib.

2023-cü ildə 2022-ci illə müqayisədə bank aktivləri 4,5% artaraq 49,2 milyard manata çatıb.

Maliyyə sektorunun aktivlərinin strukturunda 2022-ci ilin sonuna olan 20,8%-ə qarşı 19,7%-i bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşür.

Sığorta sektorunun və investisiya şirkətlərinin maliyyə dərinliyinə töhfəsi müvafiq olaraq 2,8% və 0,2% olub.
 
N.Təbrizli


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol