• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Azərbaycanın məxfi silahı bir avtobus dolu erməni könüllüsünü məhv etdi

Azərbaycanın məxfi silahı bir avtobus dolu erməni könüllüsünü məhv etdi
04.04.2016 23:22
Azərbaycanın pilotsuz uçan döyüş aparatı bu gün aprelin 4-də axşam "Yerkrapa” yarımhərbi təşkilatından olan erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib. 

Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan bildirib. Onun sözlərinə görə, insident cəbhə xəttinin şimal – Mardakert istiqamətində baş verib. Ovanisyan bildirib ki, könüllülər arasında tələfat var, lakin o hazırda ölənlərin dəqiq sayını deməkdən çəkinib.

Sünik batalyonu avtobuslara dolub Qarabağa ölməyə gələrkən

Belə görünür ki, söhbət Azərbaycan ordusunun sərəncamında olan, bir neçə saat əvvəl Ağdərədə erməni hərbi qüvvələrinin cəmləşdiyi nöqtəyə zərbə endirən, İsrail istehsalı olan məxsi silah sistemi "Green Dragon”dan gedir. Və belə görünür ki, düşmən bu zərbələrdən doğrudan da başını itirib. Çünki indi ölüm onları hər yerdə haqlaya bilər, hətta cəbhə xəttinə çatmamış...

Rusiya KİV-in son məlumatına görə, zərbə nəticəsində azı 6 nəfər məhv edilib.

Son məlumatlara görə Azərbaycanın pilotsuz uçan döyüş aparatının zərbə endirdiyi avtobusda Ermənistanın Sünik vilayətindən olan könüllü "Sünik batalyonu”nun yaraqlıları olub. Avtobusda habelə Ermənistanın iki kənd icma başçısı ("starosta”) gedirmiş. Ermənistan Müdafiə Nazirliyi 5 könüllünün öldüyünü təsdiq edir, lakin digər mənbələr avtobusda ölənlərin sayının daha çox olduğunu bildirir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ekstremal situasiyada işləməyə hazırlaşan jurnalistlər - FOTOLAR
Cəmiyyət 09:35
Ekstremal situasiyada işləməyə hazırlaşan jurnalistlər - FOTOLAR
Cəmiyyət 06:15
"Uşaqlar valideynlərinin üzünü unutsalar da, yolunu həsrətlə gözləyirlər" - FOTOLAR
Qulu Məhərrəmliyə qarşı iki rayonda məhkəmə prosesi keçiriləcək
Cəmiyyət 06:01
Qulu Məhərrəmliyə qarşı iki rayonda məhkəmə prosesi keçiriləcək
Zavodun qaçqın sakinləri - FOTOLAR
Cəmiyyət 05:10
Zavodun qaçqın sakinləri - FOTOLAR
Gələcəyə boylananlar -
Cəmiyyət 03:19
Gələcəyə boylananlar - "Ümid yeri"-dən FOTOLAR
Cəmiyyət 01:37
"Qanlı göl" - təhlükəli evlərdən, qaynayan zibilliklərdən FOTOLAR
Bakının
Cəmiyyət 19:05
Bakının "Milyonerlər məhəlləsi" - FOTOLAR
Cəmiyyət 09:24
"Papanin" gəncləri özlərinə necə yol açdılar? - FOTOLAR
Cəmiyyət 09:24
"Sovetski"də "miras" qalan yeganə tarixi bina - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol