Ukraynanın Lvov dövlət aviatəmir zavodu Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının əsaslı təmirini başa çatdırıb.
anews.az virtualaz.org-a istinadən xəbər verir ki, təyyarə əsaslı təmirdən sonra Lvov səmalarında sınaq uçuşları keçirib. Qeyd olunur ki, təyyarə 1988-ci ildə istehsal olunub.
Lvov dövlət aviatəmir zavodu hazırda tam gücü ilə işləyir. Zavodun təmir sexlərində Polşa, Azərbaycan, Qazaxstan və Ukraynanın 12 təyyarəsi var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !