Azərbaycanın NATO-ya daxil olmaq planı yoxdur - Stoltenberq

14:15 | 19.03.2024
Azərbaycanın NATO-ya daxil olmaq planı yoxdur - Stoltenberq

Azərbaycanın NATO-ya daxil olmaq planı yoxdur - Stoltenberq

Azərbaycan NATO-ya daxil olmaq niyyətində deyil. Bunu Şimali Atlantika blokunun baş katibi Yens Stoltenberq bildirib/

"NATO-nun çoxlu müttəfiqləri var və Azərbaycan da onlardan biridir. Yeri gəlmişkən, Azərbaycanın NATO-ya daxil olmaq niyyəti yoxdur. Azərbaycan bütün hərbi bloklardan kənardadır. Bu Azərbaycanın suveren qərarıdır və biz buna hörmət edirik”, - Stoltenberq Azərbaycanın dövlət televiziyası AzTV-yə müsahibəsində deyib.

Baş katib həmçinin qeyd edib ki, Ukrayna "NATO-ya həmişəkindən daha yaxındır”.

"Düzünü desəm, növbəti sırada hansı ölkənin olduğunu söyləmək çətindir. Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır. NATO hesab edir ki, hər bir dövlət öz yolunu seçə bilər. Söhbət Finlandiya və İsveç kimi ölkələrdən gedirsə, deməli, onlar neytral statuslarından imtina ediblər və bu halda NATO-nun qapıları açılır. Bu, NATO-nun Şərqə aqressiv şəkildə genişlənməsi demək deyil, ölkələr demokratik qərarlarla bu təşkilata daxil olmaq istəyirlər və biz onları öz müttəfiqimiz kimi qəbul edirik”, -  Stolenberq bildirib.
 
Hazırda NATO baş katibi Yerevanda səfərdədir. Oradan o, Tbilisiyə yollanacaq.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM