Azərbaycanın neft hasilatı 12,88% geriləyib - “S&P”

15:46 | 09.02.2024
Azərbaycanın neft hasilatı 12,88% geriləyib - “S&P”

Azərbaycanın neft hasilatı 12,88% geriləyib - “S&P”

Yanvarda Azərbaycan neft hasilatı 12,88% gerilməklə 480 min barel təşkil edib. Bu barədə "S&P Global Commodity Insights”ın "Platts” hesabatında qeyd olunub. 
 
""OPEC+” ölkələrinin xam neft hasilatı yanvarda gündəlik 340 min barel azalıb. Bu da son 6 ayın ən kəskin düşüşü olub. Buna səbəb təşkilata daxil olan bəzi üzvlərin könüllü olaraq hasilatı azaltması və etirazçıların Liviyanın ən böyük neft yatağını iki həftədən çox müddətə bağlaması idi", - açıqlamada qeyd olunub.
 
Energetika Nazirliyi dekabrda ölkədə gündəlik xam neft hasilatı 492 min barrel olduğunu açıqlayıb. 
 
"OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir. 
 
2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.
 
Azərbaycan "OPEC plus” razılaşmasının 2016-ci ildən iştirakçısıdır.
 
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.


Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).


Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus” formatında sıx əməkdaşlıq edir. "OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
 
Gülnar Nazimqızı 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM