Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

14:57 | 12.09.2023
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

2023-cü ilin yanvar-avqustunda Azərbaycanın pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 4,5 % artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirilir ki, istehlakçılara 35,7 milyard manatlıq, o cümlədən 20,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 

Cari ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,1 %-i ərzaq məhsullarının, 4,4 %-i içkilər və tütün məmulatlarının, 12,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 4,8 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ötən ilin yanvar-avqustunu ilə müqayisədə bu il pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2 %, fərdi sahibkarlar üzrə 3,8 %, bazar və yarmarkalarda 3,1 % artıb.
 
2022-ci ilin sonunda əhali istehlak mallarının alınmasına xərcləri 3,1% artırıb.

Aytac Zeynalova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür