Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

15:49 | 13.09.2022
Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında zədələnib.

53 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Xulan Batxuyaq (Monqolustan) ilə görüşdə qolundan xəsarət alıb.

Qurbanova qarşılaşmaya davam edə bilmədiyi üçün qələbə rəqibə verilib. Azərbaycan təmsilçisi zədələndiyi an 1:4 hesabı ilə geridə olub. Güləşçi 1/8 finalda Yuliya Leorda (Moldova) qalib gəlmişdi.

Digər qadın güləşçi 65 kq-da çıxış edən Elis Manolova 1/4 finala təsadüf edən ilk görüşündə Jia Lonqa (Çin) yenilib.

Bu gün Azərbaycanın yunan-Roma güləşçisi, 60 kq-da mübarizə aparan Murad Məmmədov bürünc medal uğrunda Fumita Keniçiro (Yaponiya) ilə görüşəcək. Daha əvvəl 5 yunan-Roma güləşçisi medal qazanıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.(report.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti