Azərbaycanın qaz infrastrukturunda itkilər 2,5% olub

09:34 | 09.08.2024
Azərbaycanın qaz infrastrukturunda itkilər 2,5% olub

Azərbaycanın qaz infrastrukturunda itkilər 2,5% olub

2024-cü ilin yanvar-iyununda Azərbaycanda ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21870,9 milyon kub metr təşkil etdib. Bu barədə Düvlət Statistika Komitəsi  məlumat verib.
 
Təbii qaz üzrə ehtiyatların  27,5%  ölkə daxilində istehlak edilib,  59,8% ixrac olunub, 2,5% itkiyə gedib, 10,2 faizi isə iyulun əvvəlinə ehtiyat kimi qalib. 

Ölkə daxilində istehlak edilən təbii qazın 59,8% istehsal ehtiyaclarına sərf ediib, 40,2% əhaliyə satılıb.

2024-cü ilin ilk 6 ayında qaz ixracı  ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% artaraq 13 milyard kubmetr təşkil edib.

Əhali tərəfindən 2420,4 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2% az təbii qaz istehlak edilib.
 
Əhali tərəfindən istehlak edilən qazın 37,9% Bakı,  3,1% Naxçıvan Muxtar Respublikasının, 11,7% Abşeron-Xızı, 6% Gəncə-Daşkəsən, hər biri 5,7% olmaqla Lənkəran-Astara və Mərkəzi Aran, 5,5% Qazax-Tovuz, 5% Şəki-Zaqatala, 4,9% Quba-Xaçmaz, 4,6% Qarabağ, 3,8% Mil-Muğan, 3,6%  Şirvan-Salyan, 2,5% isə Dağlıq Şirvan  iqtisadi rayonlarının payına düşüb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM