Azərbaycanın qaz ixracından gəliri 20% artıb

21:30 | 16.07.2020
Azərbaycanın qaz ixracından gəliri 20% artıb

Azərbaycanın qaz ixracından gəliri 20% artıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6,599 mlrd kubmetr həcmində təbii qaz ixrac edib.

"Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 1,260 mlrd ABŞ dolları təşkil edib.

Bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə həcm baxımından 15,8%, dəyər baxımından isə 20,3% çoxdur.

Bu ilin 6 ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 16,39% olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM