Azərbaycanın qeyri-neft məhsullarının ixracı artıb - NAZİR

12:20 | 08.02.2023
Azərbaycanın qeyri-neft məhsullarının ixracı artıb - NAZİR

Azərbaycanın qeyri-neft məhsullarının ixracı artıb - NAZİR

2022-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracı 3,048 milyard ABŞ dolları təşkil edib, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.
 
 
"İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində 2022-ci il ərzində əvvəlki ilə nisbətən 12,3 % artaraq 3 milyard 048 milyon ABŞ dolları təşkil edib", - nazir bildirib.
 
2022-ci ilin yanvar-dekabrında kimya sənayesi məhsullarının ixracı 57,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4%, çay ixracı isə 35,6% artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib.
 
2022-ci ilin yanvar-dekabrında  ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ni təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artıb.

Aytac Zeynalova



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM