• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Azərbaycanın Qoşulmama Hərəkatında rolu böyükdür - Əliyev

Azərbaycanın Qoşulmama Hərəkatında rolu böyükdür - Əliyev
23.05.2024 14:40
Azərbaycanın Qoşulmama Hərəkatında körpü rolu oynamaqda təcrübəsi böyükdür. Bunu ölkə Prezidenti İlham Əliyev deyib.  
 
"Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz", - dövlət başçısı "Euronews" kanalına müsahibəsində bildirib. 
 
Yanvarda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov  Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verib.
 
Qoşulmama hərəkatı ilk dəfə 1955-ci il İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında təsis edilib. Bu konfransdan 6 il sonra, 1-6 sentyabr 1961-ci il keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. 
 
Hərəkatın daimi mənzil qərargahı yoxdur Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır.
 
Hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
 
Azərbaycan bu təşkilata ilk dəfə 2011-ci ildə üzv seçilib.
 
 
Gülnar Nazimqızı 
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik
Siyasət 21:37
Prezident: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik
Əliyev Çinlə ticarət dövrüyəsindən danışıb
Siyasət 21:03
Əliyev Çinlə ticarət dövrüyəsindən danışıb
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
Siyasət 20:55
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
Siyasət 19:43
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
Prezidentin sərəncamı ilə Balaxanı Sənaye Parkı genişləndirilir
Siyasət 16:52
Prezidentin sərəncamı ilə Balaxanı Sənaye Parkı genişləndirilir
Onlara birdəfəlik maddi yardım veriləcək - Sərəncam
Siyasət 16:49
Onlara birdəfəlik maddi yardım veriləcək - Sərəncam
Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib
Siyasət 14:27
Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib
Jurnalist Qənirə Ataşova nüfuzlu hüquq müdafiəcilərinə müraciət edib
Siyasət 09:39
Jurnalist Qənirə Ataşova nüfuzlu hüquq müdafiəcilərinə müraciət edib
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Siyasət 09:03
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol