Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdi

08:57 | 26.02.2020
Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib. 
Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla "Facebook” hesabında məlumat yayıb. 

Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib.

Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Həmidov daha sonra "Bakı City Hospital”a yerləşdirilmişdi.

www.anews.az