Asim Mollazadə"Amerikanın Maraqları" məqaləsini oxuduqdan sonra mən çox təəccübləndim, çünki bu məqalə Amerikanın milli maraqlarına açıq-aşkar zidd olan hərəkətlərə çağırış edirdi. "Bakıya sanksiyalar tətbiq etməyin zamanıdır" adlı məqalənin müəllifləri olan Devid Kramer və Riçard Kozlariç qərara gəldilər ki, ABŞ postsovet məkanında ən müstəqil respublika və sınanılmış regional müttəfiqi olan Azərbaycana sanksiyalar tətbiq etsin. Şərqi Avropanın bütün regionunda potensial destabilizasiyaya aparan Ukraynaya Rusiyanın müdaxiləsinə, həmçinin Yaxın Şərqdə İŞİD radikallarının barbar müharibəsinə göz yuman məqalə müəllifləri burnundan uzağı görə bilmirlər.Mən müxalifətdəyəm və hökuməti tənqid edərkən, Azərbaycanın çatışmazlıqlarının konstruktiv tənqidini qəbul edirəm. Mən tənqidlə məşğul oluram və özüm də tez-tez tənqid edirəm. Bununla belə, mən razılaşdırılmış şəkildə bilərəkdən gündəliyə çıxarılmış, Azərbaycanın qorxudulması üzrə kampaniyanı qəbul edə bilmərəm. Hər halda, belə kampaniyalar cəmiyyətdə fikir ayrılıqlarını kəskinləşdirir və heç də lazımi islahatların keçirilməsini yaxınlaşdırmır. Kramer və Kozlariç – Azərbaycan hökumətinin məşhur tənqidçiləridir və Bakı barəsində onların mövqeyi hamıya məlumdur. Hərçənd mənim sözlərim onları məyus edə bilər, belə mövqe siyasətin həyata keçirilməsi üçün yaxşı əsas deyil və ABŞ-ın maraqlarına xidmət etmir.Əksinə, regionun ən dəyərli müttəfiqini özündən uzaqlaşdırmaqla, onlar Kremlin və Tehranın maraqlarına xidmət etməyə başlayırlar. Nə qədər qəribə olsa da, bu qədər aşkar vəziyyət məqalə müəlliflərinin diqqətindən yayınır. Mən regionun bütövlükdə üzləşdiyi, Azərbaycanın isə qismən üzləşdiyi vətəndaş cəmiyyətinin problemlərini təmizə çıxartmaqdan uzağam. Məqalə müəlliflərinin dediyi şəxslərin əksəriyyəti həbsdən azad olunmalıdır, onların təşkilatları isə maneəsiz şəkildə fəaliyyət göstərməlidir. Ancaq hətta bu yaxınlarda baş vermiş hadisəyə cəld münasibət bildirilməsi, Amerikanın yüksək regional profilinin və ya onun aktiv fəaliyyətinin nəticəsi deyil, əksinə, Vaşinqtonun açıq-aşkar uzaqlığının göstəricisidir, nədənsə Kramer və Kozlariç də elə buna cəhd edirlər, Rusiya liderləri kimi. Hər iki müəllif, daha dəqiq, dövlət katibinin keçmiş köməkçisi və keçmiş səfir, Rusiyanın yorulmaq bilməyən ekspansiyasından və regionda genişlənən dini radikalizmdən çıxan təhlükəni dərk etmirlər. Məni narahat edən odur ki, niyə onlar keçmiş Sovet İttifaqının ən çiçəklənən ölkəsini, tolerant ölkə kimi tanınan, Qərbin terrorizmlə mübarizədə strateji tərəfdaşı olan və ən müasir müsəlman cəmiyyətinə malik olan və həmçinin Rusiyadan yan keçməklə Avropaya təbii qazın yeganə təchizatçısı olan Azərbaycanı hədəf götürdülər. Görünür, onlar o fakta məhəl qoymurlar ki, mənim ölkəmin 20 faizini işğal altında saxlayan Ermənistan Kubayla, Şimali Koreyayla, Sudanla və Rusiyayla yanaşı Ukraynanın ərazi bütövlüyünə qarşı səs verdi və Gömrük İttifaqına qoşulmaqla öz müstəqilliyindən imtina etdi. Görünür, məqalə müəlliflər üçün Amerika “stavka”sı şəxsi maraqlardan asılı olaraq dəyişilir.Mən inanıram ki, ABŞ-ın daha fəal iştirakı Amerika kimi, həm də Azərbaycanın xeyrinədir. Bu, həmçinin vətəndaş cəmiyyətinin inkişafı və islahatların irəliləyişi baxmından da faydalıdır. Ancaq belə iştirak beynəlxalq hüquq normaları əsasında erməni-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli və ya Rusiya tərəfindən qonşularına təhdidlərin olması kimi strateji məsələlərə etinasız yanaşmağa gətirib çıxarmalı deyil. Həmçinin ölkələrə, gündəlikdən asılı olaraq xüsusi maraqlara söykənən müxtəlif standartlar tətbiq etmək olmaz.Azərbaycanın strateji əhəmiyyətə malik olmaması barədə bəyanatlara gəldikdə isə, hətta xəritəyə səthi baxış da göstərəcək ki, Azərbaycan Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir. Məqalə müəlliflərinin Azərbaycanın elə də əhəmiyyətli ölkə olmadığını sübut eləməyə sərf elədikləri vaxt və göstərdikləri diqqət elə hər şeyi deyir. Azərbaycan daha kompleksli və strateji yanaşmaya layiqdir, Amerikanın milli maraqları da elə bunu tələb edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !