Azərbaycanın sığorta bazarı böyüyüb

17:10 | 22.01.2024
Azərbaycanın sığorta bazarı böyüyüb

Azərbaycanın sığorta bazarı böyüyüb

2023-cü ildə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu da 2022-ci ilə nisbətən 25,9 % çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilib.
 
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6 % çoxdur.
 
Son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Azərsığorta" ASC-dir. Bu şirkət 9 ay ərzində 26,678 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə "Naxçıvan Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 2,126 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,3% çoxdur.
 
Aytac
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM