Azərbaycanın tanınmış idman xadimi vəfat etdi

22:30 | 17.11.2022
Azərbaycan Sambo Federasiyasının Nəzarət-təftiş komissiyasının sədri Şahlar Mustafayev dünyasını dəyişib.

Bu barədə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov özünün "Facebook" səhifəsində paylaşım edib.

Sambonun inkişafında böyük xidmətləri olan Ş.Mustafayev beynəlxalq ekstra dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi idi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM