Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında aksiya keçirilib

15:31 | 31.03.2023
Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında aksiya keçirilib

Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında aksiya keçirilib

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bunası qarşısında aksiya keçirilib. Bu barədə İran "Telegram" kanallarında məlumat yayılıb.

Bildirilib ki, etirazçılar konsulluğun bağlanması və son zamanlar iki ölkə arasındakı proseslərlə görə aksiya keçirdiyi məlum olub.
 
Aksiyanın hansı siyasi qrup tərəfindən təşkil olunması barədə məlumat verilməyib. 

Azərbaycanın Tehrandakı səfirliyi bu il yanvarın 27-də terror hücumundan sonra qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb. Terror nəticəsində səfirliyin bir əməkdaşı şəhid olub, iki nəfər yaralanıb.
 
Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin XİN başçısı Eli Kohen strateji əməkdaşlığın gücləndirilməsində diplomatik əlaqələrin mühüm rol oynadığını bildiriblər. 
 
2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. Muxtar Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.
 
Aytac


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM