Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilə nisbətən artıb- PREZİDENT

10:45 | 03.11.2023
Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilə nisbətən artıb- PREZİDENT

Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilə nisbətən artıb- PREZİDENT

2023-ci ilin yanvar-sentyabrında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilə nisbətən 40 faiz artıb. Bunu Prezident İlham Əliyev  deyib.
 
Prezident vurğulayıb ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub.
 
"Ticarət dövriyyəsinin əsas sərmayəsi Türkiyəyə qoyulub",-  Prezident Türk Dövlətləri Təşkilatının "Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
 
2023-cü ilin yanvar-iyulunda Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666.1 milyon dollar təşkil edib.
 
Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 40.5% artaraq 4 milyard 746.1 milyon dollara, Türkmənistanla ticarət dövriyyəsi 3.6 dəfə artaraq 568 milyon 54.48 min dollara, Qırğızıstanla ticarət dövriyyəsi 4.8 dəfə artaraq 21.6 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 32% azalaraq 237.9 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 10.9% azalaraq 92.4 milyon dolara bərabər olub.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM