Azərbaycanın Türkiyədən idxalı 7%-ə yaxın azalıb

20:00 | 19.06.2019
Azərbaycanın Türkiyədən idxalı 7%-ə yaxın azalıb

Azərbaycanın Türkiyədən idxalı 7%-ə yaxın azalıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanla Türkiyə arasında aparılan ticarət dövriyyəsinin həcmi 1 549 887,13 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,5% çoxdur.

"APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 74,8% artaraq 982 603,7 min dollar, idxal isə 6,6% azalaraq 567 283,43 min dollar təşkil edib.

Cari ilin yanvar-may aylarında 415 320,27 min dollarlıq müsbət ticarət saldosu yaranıb. Halbuki ötən ilin analoji dövründə Türkiyə ilə ticarət dövriyyəsində 45 047,76 min dollarlıq mənfi saldo yaranmışdı.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti