Azərbaycanın unudularaq zibilxanaya çevrilən kəndi ilə bağlı RƏSMİLƏRDƏN AÇIQLAMA- FOTOLAR

12:59 | 01.06.2020
Azərbaycanın unudularaq zibilxanaya çevrilən kəndi ilə bağlı RƏSMİLƏRDƏN AÇIQLAMA- FOTOLAR

Azərbaycanın unudularaq zibilxanaya çevrilən kəndi ilə bağlı RƏSMİLƏRDƏN AÇIQLAMA- FOTOLAR



Məmmədli kəndi çirkab sularının içində "boğulur”.


Bu ifadələr Abşeron rayonunun Məmmədli kənd sakinlərinin Qaynarinfo-ya ünvanladığı məktubda yer alıb. 


Məmmədli kənd sakinlərinin bildirdiyinə görə, "Kürdəxanı türməsi” kimi tanınan Bakı İstintaq Təcridxanası kəndə yaxın ərazidədir. Kəndin infrastrukturu dəyişərək böyük bir qəsəbəyə çevrilsə də, nədənsə adıçəkilən yaşayış məskəni problemlərdən yaxa qutara bilməyib. 


Kənd sakinləri deyir ki, Məmmədlinin ən böyük problem indiki zamanda kanalizasiya xətlərinin olmamasıdır: 



"Kanalzasiya ilə bağlı vəziyyət daha acınacaqlıdır. Kəndin bütün sakinləri çirkab sularını yaxınlıqdakı kiçik göllərə axıdır. Çirkab və kanalizasiya suları bütün günü üzü aşağı axır. Hara axır, bilinmir. Bu suların nəticəsində böyük göllər də yaranıb. Kəndin ətrafı isə zübillikdən görünmür. Ətraf sanki zibilxanaya bənzəyir”. 


Sakinlərin bildirdiyinə görə, kəndin ikinci problemi ərazidə telefon və internet rabitəsinin olmamasıdır.


Məmmədli kəndini bütün ili narahat edən üçüncü problem isə yoldur:


"Yollar asfaltlanmadığından yağış yağanda kənddə palçıq əlindən tərpənmək olmur. Sakinlər pul yığıb yola daş töküblər, amma bu, asfaltlanmadığı üçün vaxtından əvvəl dağılıb. Buna görə camaatın şəhərə çıxışı çətinləşib. Yol probleminə görə, Təcili Tibbi Yardım maşınları belə çağırışa gəlməkdən imtina edirlər. Əraziyə avtobus marşurutu da yoxdur. Taksi xidmətindən də yol probleminə görə səmərəli istifadə edə bilmirlər. Heç bir taksi həmin əraziyə gəlmək istəmir”. 



Kənd sakinləri dəfələrlə məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Amma onların bu müraciətlərinə heç bir müsbət cavab verilməyib:


"Dəfələrlə İcra Hakimiyyətində olmuşuq. Oradan bizə deyiblər ki, sizin problemlərə cavabdeh Avtomobil Yolları Dövlət Agentliyi və "Azərsu” Açıq Səhmdar Cəmiyyətidir. Bu qurumlardan isə səs-səda yoxdur. Əslində İcra başçılarının həbsi digərlərinə də dərs olmalıdır. Amma göründüyü kimi, bəzi icra başçıları bundan narahat olmur və öz qeyri-qanuni əməllərini davam etdirirlər”.


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentlyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli Qaynarinfo-ya açıqlamasında Məmmədli kəndinin onların balansında olmadığını dedi.



Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov Qaynarinfo-ya açıqlamasında Məmmədli kəndinin yollarının bələdiyyənin balansında olduğunu qeyd etdi: 



"Kənd və qəsəbələrin daxili yolları həmin kənd və qəsəbənin balansındadır. Prezidentin sərəncamına uyğun olaraq, Abşeron rayonunda böyük küçələrin, qəsəbələrin yollarının asfaltlanması ilə bağlı layihələr həyata keçirilir. Bunun üçün maddi vəsait ayrılır və bu işi Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. Hazırda bələdiyyə tərəfindən həmin küçəyə çınqıl tokülərək yayılıb və küçənin asfaltlanması da bələdiyyənin gen planına daxil edilib. Hazırda bələdiyyənin büdcəsində vəsait olmadığından asfaltlanma aparıla bilmir. O ki qaldı kəndə kanalizasiya xətlərinin çəkilməsinə, hazırda Xırdalan şəhərində həyata keçirilən təmir başa çatdıqdan sonra mərhələli şəkildə bütün kənd və qəsəbələrə kanalizasiya xətləri çəkiləcək”.






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM