Azərbaycanın valyuta ehtiyatları 2024-cü il iyulun 1-nə 69,7 milyard dollar həcmində qiymətləndirilir.Bu barəfə Maliyyə NAzirliyi məlumat yayıb.
Azərbaycanın Baş Naziri Əli Əsədov bundan əvvəl məlumat vermişdi ki, 2023-cü ilin sonuna ölkənin valyuta ehtiyatları 68,5 milyard dollar təşkil edib.
Belə ki, 2024-cü ilin birinci yarısında Azərbaycanın valyuta ehtiyatları 1,75% artıb.
İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, 2024-cü il üçün Azərbaycanın ÜDM-in nominal həcmi 121,3 milyard manat və ya 71,3 milyard dollar səviyyəsində proqnozlaşdırılır.
Azərbaycanın valyuta ehtiyatları 2023-cü ildə 17% və ya 10 milyard dollar artıb.
İyulun 29-na olan rəsmi məzənnə 1,7 manat/$1 təşkil edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !