Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Belarusda təşkil olunan təlim-məşq toplanışı başa çatıb.
İyulun 9-dan paytaxt Minskdə hazırlıq keçən Pərviz Səmədovun rəhbərlik etdiyi komanda bu gün Bakıya qayıdıb.
Milli səfərdə yerli yığma ilə də üç yoxlama matçı keçirib. Belarus millisi ilə keçirilən hər üç görüşdə rəqib qələbə qazanıb.
Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığma təlim-məşq toplanışının son mərhələsini Bakıda davam etdirəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !