Azərbaycanın xalq artisti Mənsum İbrahimov Efiopiyada toy mərasimində iştirak edib.
Qaynarinfo xəbər verir ki, bu barədə xalq artisti öz sosial şəbəkə hesabında paylaşım edib. Fotolardan görünür ki, M.İbrahimov Efiopiyaya ansamblının üzvləri ilə birgə gedib.
Xalq artisti Efiopiyada verdiyi konsertdən sonra bu ölkənin Mədəniyyət və Turizm naziri ilə də xatirə şəkli çəkdirib. Efiopiyanın Əddis-Əbəbə və Dəbrə-Zeyt şəhərlərində olan xalq artisti Nairobi Milli Parkını da gəzib.
Səfərdən maraqlı fotolar paylaşan M.İbrahimov iştirak etdiyi toyla bağlı bildirib ki, Afrika toyu da maraqlı olur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !