Azərbaycanın xarici siyasətində yeni mərhələ başlayıb

15:24 | 14.03.2024
Azərbaycanın xarici siyasətində yeni mərhələ başlayıb

Azərbaycanın xarici siyasətində yeni mərhələ başlayıb

Azərbaycan xarici siyasətində yeni mərhələyə başlayıb. Bunu Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.

"Azərbaycan öz xarici siyasətində yeni mərhələyə qədəm qoyub. Yeni mərhələ daha çox strateji əməkdaşlıq və respublikanın qlobal iştirakı ilə xarakterizə oluna bilər", - Hacıyev XI Qlobal Bakı Forumu çərçivəsində çıxışı zamanı bildirib. 
 
Bu gün Bakıda  XI Qlobal Forum keçirilir. Forum martın 16-na kimi davam edəcək. 
 
Forumda bir çox əhəmiyyətli mövzuların müzakirə edilməsi nəzərdə tutulub. 
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti