Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo azalıb

09:57 | 16.11.2023
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo azalıb

2023-cü ilin 10 ayında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 % azdır. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Cari ilin 10 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.
 
Son 1 ildə ixrac 15,5 % azalıb, idxal isə 22,3 % artıb.

Son nəticədə xarici ticarətdə 15 milyard 172 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 34,4 % azdır.
 
2022-ci ildə ölkəyə 68 min 684 ədəd minik avtomobili, 5127 ədəd yük avtomobili, 415 ədəd avtobus idxal olunub.
 
Ötən ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 119 ölkəyə məhsul ixrac, 160 ölkədən isə idxal olunub.
 
2023-cü ilin yanvarında Azərbaycan dünyanın 136 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb