Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə azalıb

13:21 | 11.12.2015
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə azalıb

Bu ilin yanvar-oktyabr aylarında ixrac 1,9 dəfə azalıb, idxal isə 1,1% artıb

 Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi illik müqayisədə 1,6 dəfə azalaraq 21 679,3 mln. ABŞ dolları təşkil edib. ANN.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə ixracın həcmi 14238,4 mln. dollar, idxalın həcmi 7440,9 mln. dollar təşkil edib, nəticədə 6797,5 mln. dollarlıq müsbət saldo yaranıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ixracda 1,9 dəfə azalma, idxalda 1,1% artım, saldoda isə 2,9 dəfə azalma deməkdir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 158 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə məhsul ixrac, 141 ölkədən isə idxal olunub. Ticarət dövriyyəsinin 9,4%-i MDB, 48,1%-i Avropa İttifaqı ölkələri, 42,5%-i isə digər dövlətlərin payına düşüb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər, bitki yağları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.
Hesabat dövründə qeyri-neft məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% artaraq 1324,9 mln. dollar təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM