Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

16:07 | 15.09.2023
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

2023-cü ilin səkkiz ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 35 505.18 milyon dollar olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Cari ildə ölkə üzrə ixrac 7,2% azalaraq 24 354.57 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 25,7% artaraq 11 150.61 milyon ABŞ dollarına yüksəlib.

Xarici ticarət dövriyyəsinə 13 203.96 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 24% az olub.
 
2022-ci ildə ölkəyə 68 min 684 ədəd minik avtomobili, 5127 ədəd yük avtomobili, 415 ədəd avtobus idxal olunub.
 
2022-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 119 ölkəyə məhsul ixrac, 160 ölkədən isə idxal olunub.
 
2023-cü ilin yanvarında Azərbaycan dünyanın 136 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 

Aytac
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb