Azərbaycanın yeni silahı
Azərbaycan yeni silah alıb. İstiPress-in məlumatına görə, Türkiyənin ilk elektromaqnetik dronunu istehsal edən "Harp Arge" beynəlxalq bazardakı ehtiyacı qarşılamaq üçün müxtəlif yeniliklərlə təhciz edilən yeni model ərsəyə gətirib.
Pilotsuz sistemlər, elektromaqnit və robot sahələrində ixtisaslaşan şirkət yeni dron vuran ərsəyə gətirib. Yerli istehsal olan qurğular Avropa bazarına da girəcək. Avropa bazarına çıxmağı planlaşdıran şirkət Avropa üçün özəl xüsusiyyətləri ilə təmin edilən yenilənmiş dron vuranlar hazırlayıb.
Yeni silahın əsas gövdəsi ən dayanıqlı və yüngül materiallardan biri olan karbon fiberdəndir. Silah dünya standartına uyğundur. Daşınmasını asanlaşdırmaq üçün ona qatlanan tutacaq əlavə edilib. Dron əleyhinə silah xüsusi çantada təqdim edilir.
Açıq qoyma və mümkün təhlükəli hallarda avtomatik olaraq işə düşən təhlükəsizlik kartı sayəsində texniki xəta ehtimalı da azalır. Silahın batareya ömrü 1,5 saata kimi uzadılıb.
Türkiyənin yerli müdafiə sənayesi şirkəti tərəfindən istehsal edilən məhsulun ilk müştərisi Azərbaycan olub. Məlumata görə, silah Azərbaycan Ordusunun çətin sınaqlardan sora ixrac edilib. Lakin adıçəkilən silahın qiyməti və necə ədəd satıldığı açıqlanmayıb.
Qeyd edək ki, drona qarşı silah Türkiyə Silahlı Qüvvələrinin də invertarına daxildir.
Yeni silah eyni məqsədli məhsullardan fərqli olaraq 3 dəfə qənaətcil və 4 dəfə daha mobildir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox