Azərbaycanlı alim vəfat etdi

13:45 | 07.04.2015
Azərbaycanlı alim vəfat etdi

Azərbaycanlı alim vəfat etdi

Azərbaycanlı alim Əfrand Daşdəmirov 73 yaşında vəfat edib.  

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb. 
Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olmuş, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirmişdi.

Əfrand Daşdəmirov Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində rəhbər vəzifələr tutub, Bakı Ali Partiya Məktəbində kafedra müdiri işləyib.

Ə.Daşdəmirov uzun illər həm də Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olub. 1991-ci ildən o, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professoru idi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM