Azərbaycanda seleksiya və hibridləşmə üsulu ilə qızılgülün 9 yeni sortu əldə edilib.Trend xəbər verir ki, uzunmüddətli tədqiqatlardan sonra həmin sortları yaratmağa nail olan Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov bildirib ki, bu sahədə tədqiqatlar aparmağa 2006-cı ildən başlayıb və bu yaxınlarda yeni qızılgül sortlarının əldə edilməsi ilə bağlı müsbət nəticələrə nail olub. Xarici ölkələrin qızılgül sortlarının tozlandırılması nəticəsində əldə edilən yeni sortlar “Sənsiz” (Üzeyir Hacıbəyovun “Sənsiz” romanının adına verilib), “Nizami Gəncəvi”, “Odlar Yurdu”, “Şərqin səhəri”, “Abşeron simfoniyası”, “Qara gilə”, “Köhnə Bakı” (qədim qızılgül sortlarına oxşayır), “Sarı köynək” və “Ulduzlu Xəzər” adlanır. Bu bitkilərin yarpaqları, ləçəkləri və tikanları onların çarpaz olunduğu güllərdən tamamilə fərqlənir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !