Azərbaycanlı deputatlar xidməti silah gəzdirəcək?

12:00 | 17.01.2014
Azərbaycanlı deputatlar xidməti silah gəzdirəcək?

Azərbaycanlı deputatlar xidməti silah gəzdirəcək?

Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər.  Milli Məclisinin deputatları qanunla xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər.Məsələ ilə bağlı  Modern.az DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovdan münasibət öyrənib.Nazirlik rəsmisi bildirib ki, Milli Məclisin deputatlarının xidməti silah gəzdirmələri qanunla qadağan olunmasa da son illərdə silah gəzdirmək üçün müraciət edən olmayıb.“Ölkədə sabit kriminogen vəziyyət olduğundan millət vəkilləri də xidməti silah gəzdirmək üçün müraciət etməyiblər. Onlar özləri də bunun səbəbini ölkədəki təhlükəsizliklə əlaqələndirirlər. Bizim nazirlik də daxil olmaqla hüquq-mühafizə orqanları ölkədə asayişin qorunmasını yüksək səviyyədə təmin edirlər. Məhz bunu nəzərə alaraq deputatlar da hər bir vətəndaş kimi onların da həyatı üçün heç bir təhlükənin olmadığını düşünürlər”.Qeyd edək ki, millət vəkili Konstitusiyada və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda nəzərdə tutulduğu kimi yalnız həyat üçün təhlükə törədən xüsusi hallarda silahdan istifadə edə bilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM