Azərbaycanlı dərzi Ginnesin kitabına düşə bilər - FOTO

18:52 | 27.01.2014
Azərbaycanlı dərzi Ginnesin kitabına düşə bilər - FOTO

Azərbaycanlı dərzi Ginnesin kitabına düşə bilər - FOTO

Fransanın paytaxtı parisdə yaşayan azərbaycanlı dərzi Ginnesin rekordlar kitabına düşə bilər. ANS PRESS-in məlumatına görə, buna səbəb Əli Zarei Behrbik adlı dərzinin hazırladığı pencəkdir. Belə ki, pencək 201 520 muncuqdan hazırlanıb. Xalça toxumaqla da məşğul olan Əli Zarei bir illik işdən sonra pencəyi ərsəyə gətirə bilib. Pencəyin hazırlanmasında iki km-ə yaxın ipdən istifadə edilib. Behrbik muncuqları 280 min düyünlə birləşdirib. Azərbaycanlı dərzinin sözlərinə görə, geyim 1 kq 870 qram çəkidədir. "Yaxından baxmayan və əli ilə toxunmayanlar onu adi parça hesab edirlər. Dərziliklə, xalçaçılıq teznikası birləşdirilib. Öncə pencəyin eskizlərini hazırladım. Hər hissəsini xalı kimi əldə toxudum və əlimlə bu parçaları birləşdirdim. Bununlada 40 ölçülü bir pencək ortaya çıxdı". Dərzi geyimin onun üçün çox dəyərli olduğunu və onu banklardan birinin mühafizəsi altında olduğunu deyib. O, bu pencəklə Ginnesin rekordlar kitabına düşməyi hədəfləyir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM